Türkiyədə bələdiyyədə rüşvət əməliyyatı

Türkiyədə bələdiyyədə rüşvət əməliyyatı backend

Türkiyənin Mersin Böyükşəhər Bələdiyyəsində davam edən istintaq çərçivəsində tender saxtakarlığı və rüşvətxorluqda iştirak etdiyi iddia edilən bir neçə şəxs haqqında həbs qərarı verilib. Polis qrupları bələdiyyə binasında axtarış aparır.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verib.

Vilayət Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin qrupları tender saxtakarlığı və rüşvətxorluqla bağlı istintaqla əlaqədar Mersin Böyükşəhər Bələdiyyəsini hədəf alan əməliyyat keçirib.

 

Qruplar səhər saatlarında bələdiyyə binasında axtarış aparıblar.

 

Bəzi vəzifəli şəxslər haqqında həbs qərarı verildiyi məlum olub.

QAZİLER.AZ