İran qadın futbol komandasının daha iki üzvü Avstraliyadan sığınacaq istəyib

İran qadın futbol komandasının daha iki üzvü Avstraliyadan sığınacaq istəyib backend

Avstraliyada keçirilən Asiya Kubokunda iştirak edən İran qadın futbol komandasının daha iki üzvü həmin ölkədə sığınacaq istəyib.

Qaziler.az bildirir ki, bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, daha bir oyunçu və məşqçilər heyətinin bir üzvü İrana qayıtmaqdan imtina edib. Qalan oyunçular vətənə qayıdırlar.

Daha əvvəl, 10 martda Avstraliyanın Daxili İşlər Naziri Toni Berk komanda kapitanı Zəhra Qənbəri də daxil olmaqla beş oyunçuya sığınacaq verildiyini açıqlamışdı. Onlar turnir zamanı komandanın qaldığı oteldən müşayiət olunaraq hökumətin mühafizəsi altında təhlükəsiz yerə aparılmışdılar. Berk qeyd etmişdi ki, sığınacaq təklifi qalan komanda üzvləri üçün açıq qalır.

Şahidlər CNN-ə bildiriblər ki, çərşənbə axşamı İran milli komandasının qaldığı otelin yaxınlığındakı insanlar komanda avtobusunun Qold Kost hava limanına yola düşməsinə mane olmağa çalışıblar. Onların sözlərinə görə, təhlükəsizlik işçiləri komandanı avtobusa mindirərkən oyunçulardan biri ağlayırmış.

ABŞ prezidenti Donald Tramp bir gün əvvəl Avstraliyanın turnirdən sonra İran idmançılarına sığınacaq verməli olduğunu, əks halda vətənə qayıtdıqdan sonra "çox güman ki, öldürüləcəklərini" bildirib.

QAZİLER.AZ