İranın İsfahan şəhərində Rusiya Baş Konsulluğu hücuma məruz qalıb.
İranın İsfahan şəhərindəki Rusiyanın Baş Konsulluğu yaxınlıqdakı vilayət qubernatorluğunun ofisinə edilən hücum zamanı zərbə alıb.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün Telegram kanalında məlumat verib.
"Ofis binasında və yaşayış mənzillərində pəncərələr sınıb, bir neçə işçi partlayış dalğası tərəfindən geri atılıb. Xoşbəxtlikdən, heç bir itki və ya ciddi xəsarət alan olmayıb", - deyə o yazıb.
Diplomat digər ölkələrin diplomatik nümayəndəliklərinə edilən hücumların beynəlxalq hüququn pozulması olduğunu vurğulayıb. O, münaqişənin bütün tərəflərini mümkün qədər tez danışıqlar masasına qayıtmağa çağırıb.
QAZİLER.AZ



