Ukraynalı "Şahed" mütəxəssisləri Yaxın Şərqə gedir: Zelenski ölkələrin adını çəkdi

Ukraynalı "Şahed" mütəxəssisləri Yaxın Şərqə gedir: Zelenski ölkələrin adını çəkdi backend

ABŞ başa düşür ki, yalnız ukraynalılar "Şahedlər"in kütləvi hücumlarının öhdəsindən gələ bilər

Ukrayna Yaxın Şərqə üç komanda "Şahed" mütəxəssisləri göndərib. Bunun müqabilində Kiyev hava hücumundan müdafiə sistemləri üçün PAC-3 raketləri almaq istəyir.

RBC-Ukraynanın məlumatına görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlərə verdiyi açıqlamada bildirib.

"Üç komandamızı göndərmişik. Onlar peşəkardırlar və yaxşı təchiz olunublar. Bu həftə onlar üç fərqli ölkədə olacaqlar: Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ", Ukrayna prezidenti bildirib.

QAZİLER.AZ