Ərdoğan Vladimir Zelenski ilə telefonla danışıb

Ərdoğan Vladimir Zelenski ilə telefonla danışıb backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefonla danışıb. Liderlər Türkiyə ilə Ukrayna arasındakı ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

Görüşdə Prezident Ərdoğan İrandakı münaqişənin Ukraynadakı sülh səylərinə mane olmaması lazım olduğunu, danışıqların gecikmədən davam etdirilməsinin faydalı olacağını və Ukraynanın yaralarının sağalmasının, yenidənqurma işlərinə başlamağın və davamlı təhlükəsizliyin təmin edilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Prezident Ərdoğan Qara dənizdə təhlükəsizliyin Türkiyə üçün çox vacib olduğunu və enerji infrastrukturunu və limanlarını qoruyacaq atəşkəsin təmin edilməsinin tərəflər arasında etimadın qurulmasına töhfə verə biləcəyini bildirib və əlavə edib ki, Türkiyə buna hər cür dəstək verəcək.

QAZİLER.AZ