Saakaşvilidən diqqətçəkən paylaşım: Kvemo-Kartlidə İran kəşfiyyatı güclənib

Saakaşvilidən diqqətçəkən paylaşım: Kvemo-Kartlidə İran kəşfiyyatı güclənib backend

Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvil öz sosial şəbəkə hesabında Gürcüstan azərbaycanlıları barədə diqqətçəkən paylaşım edib.

 

Modern.az xəbər verir ki, hakimiyyəti dövründə baş verənlərdən yazan Saakaşvili Gürcüstan azərbaycanlıları arasında İranın təsir gücünün artdığını yazıb.

 

Marneuli Mərkəzi İmam Əli Məscidində əllərində İranın ABŞ-İsrail hücumları nəticəsində öldürülən ali lideri Seyyid Əli Xameneinin fotosunu tutan bir qrup dindarın şəklini paylaşan Mixeil Saakaşvili bunları qeyd edib:

 

"Bu, hər birimiz üçün ekzistensial məsələdir. Necə oldu ki, İranın adamyeyən rejiminin tərəfdarı bizim azərbaycanlı əhalimizin xeyli hissəsi oldu? Necə oldu ki, Marneulidə gənclər Xameneinin portretləri ilə qaçırlar?

Və ya necə oldu ki, bizim azərbaycanlılar İranın terrorçu xüsusi xidmət orqanları üçün çox asan "verbovka olunanlara" çevrildilər? İrandan gələn islamçılar və İranın kəşfiyyat xidmətlərinin güclənib. Son vaxtlar Kvemo Kartlidən bir neçə nəfər Avropa ölkələrində İran üçün casusluq etdiyinə görə saxlanılıb. İslamçıların təsiri xüsusilə gənclər arasında güclüdür".

 

Sabiq prezident onun hakimiyyətə gəldiyi dövrə qədər azərbaycanlılara qarşı göstərilən ksenofob münasibətlərdən danışıb:

 

"Güllər inqilabına qədər azərbaycanlılar təcrid olunmuş şəkildə yaşayırdılar. Əsasən kənd təsərrüfatı ilə məşğul idilər, gürcü dilini bilmirdilər, ictimai həyatda iştirak etmirdilər. Milis onları amansız şəkildə sıxışdırırdı. Bir dəfə Şevardnadzenin dövründə, mən ədliyyə naziri işləyərkən Bolnisidə Dezertirlər bazarına gedən avtobusa mindim. Axırıncı yerdə oturmuşdum, gün eynəyi və papaq taxmışdım, bizi tanımasınlar deyə. Eyni zamanda yol polisinin bizi necə saxladığını videoya çəkirdik. Bazara çatana qədər bizi düz 21 dəfə saxladılar və hər dəfə pul tələb etdilər. Azərbaycanlıların pulu qurtaranda, Tbilisinin girişinə yaxın bir yerdə milis pomidoru, soğanı, süpürgələri əllərindən almağa başladı. Bu videonu Şevardnadzeyə və onun nazirlərinə Təhlükəsizlik Şurasının iclasında göstərdim. Prezidentin reaksiyası sıfır idi, nazirlər isə gülüşürdülər. Bizim hakimiyyət 2004-cü ildən etibarən milisi ləğv etdi və insanların sıxışdırılması dayandırıldı. Sonra azərbaycanlıların inteqrasiyası üçün ciddi addımlar atmağa başladıq. Təhsil naziri Kaxa Lomiya tərəfindən görülən ilk işlərdən biri azərbaycanlı və erməni gənclər üçün universitetə qəbulun asanlaşdırılması oldu. Bundan sonra əvvəllər yalnız Azərbaycana oxumağa gedən azərbaycanlı gənclər Gürcüstanda qaldılar. Bundan əlavə, sonradan biz gürcü magistrantları azlıqların yaşadığı regionlara gürcü dili müəllimi kimi göndərdik və onlara ayda 1500 lari maaş verdik. Bu o vaxt təxminən 900 dollar idi (inflyasiya nəzərə alınsa, indiki təxminən 1600 dollar).

 

Bundan başqa, biz azərbaycanlıların dövlət orqanlarında irəli çəkilməsinə başladıq. Bu kifayət idi? - Yəqin ki yox. Amma ümumilikdə düzgün istiqamətdə hərəkətə başlamışdıq".