Rusiyalı futbol hakimi Fisenko rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
Rusiyalı futbol hakimi Andrey Fisenko 2 milyon rubl rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
Qaziler.az bildirir ki, bu barədə RB-Sport məlumat verir.
Fisenko 2023-cü ildə Ximki və Alaniya arasında Moskva vilayəti komandasının 4-1 hesablı qələbəsi ilə nəticələnən oyunu təşkil etməkdə şübhəli bilinir. O, ötən həftə Moskva hava limanında saxlanılıb.
Hakimə Rusiya Cinayət Məcəlləsinin 184-cü maddəsinin 4-cü hissəsi ilə ittiham irəli sürülüb. Fisenkonu yeddi ilə qədər həbs cəzası gözləyir.
QAZİLER.AZ



