SEPAH: İran yaxın günlərdə uzaqmənzilli müasir raketləri tətbiq edə bilər

SEPAH: İran yaxın günlərdə uzaqmənzilli müasir raketləri tətbiq edə bilər backend

İran hələlik ABŞ və İsraillə münaqişədə özünün "yeni nəsil raketlər"indən istifadə etməyib.

"Report"un "Sky News"a istinadən verdiyi xəbərə görə, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi bəyan edib.

Onun sözlərinə görə, İran hələlik 2012, 2013 və 2014-cü illərdə istehsal edilmiş raketlərdən istifadə edib. Raketlərin istehsalı və yığılması prosesi isə fasiləsiz olaraq davam edir.

Nümayəndə əlavə edib ki, yaxın günlərdə İran daha müasir və daha az istifadə olunan uzaqmənzilli raketlər tətbiq etməyi planlaşdırır.