Rusiya və Ukrayna arasında məhbus mübadiləsi həyata keçirilib

Rusiya və Ukrayna arasında məhbus mübadiləsi həyata keçirilib backend

Rusiya Ukrayna əsirliyindən 300 hərbçini geri qaytarıb və əsir götürülmüş 300 Ukrayna Silahlı Qüvvələri  mübadilə yolu ilə təhvil verilib.

Qaziler.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi martın 6-da məlumat verib.

 "6 martda Kiyevin nəzarətində olan ərazidən 300 Rusiya hərbçisi geri qaytarılıb. Müqabilində Ukrayna Silahlı Qüvvələrindən 300 hərbi əsir təhvil verilib", - nazirlik açıqlamasında bildirib.

Rusiya hərbçiləri hazırda Belarusdadır və orada lazımi psixoloji və tibbi yardım alırlar. Onların hamısı Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Rusiyaya aparılacaq.

Nazirlik qeyd edib ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və ABŞ Rusiya hərbçilərinin əsirlikdən qaytarılması zamanı humanitar vasitəçilik ediblər.

QAZİLER.AZ