Rusiyalılar Sumı bölgəsindəki daha bir kəndin sakinlərini oğurlayaraq aparıblar

Rusiyalılar Sumı bölgəsindəki daha bir kəndin sakinlərini oğurlayaraq aparıblar backend

Rusiyanın təbliğat kanalında qaçırılan ukraynalılar haqqında reportaj nümayiş etdirilib.

Rusiyalı işğalçılar Sumı bölgəsindəki Esman icmasının sərhəd kəndi Sopiçin sakinlərini qaçıraraq Rusiyaya deportasiya ediblər.

Qaziler.az bildirir ki, bu barədə Kordon.Media məlumat yayıb.

Məsələ təxliyə olunmaqdan imtina edən və sərhəd kəndində qalan təxminən 19 yerli sakinlə bağlıdır.

Onlarla müsahibə Rusiyanın "Vesti" təbliğat kanalında nümayiş etdirilib.

Reportajda bildirilir ki, Rusiya hərbçiləri insanları hazırda yerləşdikləri Bryansk bölgəsindəki bir yaşayış məntəqəsinə təxliyə ediblər.

Kordon.Media-nın öz mənbələri videodakı insanların həqiqətən Sopiç sakinləri olduğunu təsdiqləyib. Esman icmasının rəhbəri Sergey Minakov da əvvəllər onlarla əlaqənin kəsildiyini bildirmişdi.

QAZİLER.AZ