Ankarada FETÖ-çu, keçmiş Baş prokuror müavini tutuldu

Ankarada FETÖ-çu, keçmiş Baş prokuror müavini tutuldu backend

Fətullahçı Terror Təşkilatının (FETÖ) məhkəmə strukturu ilə bağlı istintaq çərçivəsində 10 ildir qaçaq həyatı yaşayan Ankaranın keçmiş baş prokuror müavini Şadan Sakınan Ankara Vilayət Polis İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber xəbər verib.

Polis bölməsində prosedurlar başa çatdıqdan sonra şübhəli Sakınan sağlamlıq yoxlamasından sonra güclü təhlükəsizlik tədbirləri altında Ankara Məhkəməsinə aparılıb.

Şadan Sakınan "silahlı terror təşkilatına üzvlük" ittihamı ilə həbs edilib.

"FETÖ üzvü" və "vəzifə səlahiyyətlərindən sui-istifadə" ittihamları ilə həbs qərarı verilmiş və Daxili İşlər Nazirliyinin "axtarılan terrorçuların boz siyahısında" olan Şadan Sakınanın gizləndiyi  ev müəyyən edilib.

Ankara Polis İdarəsi qrupları tərəfindən 2 mart tarixində Çankayanın Aşağı Övəçlər məhəlləsindəki evdə keçirilən əməliyyat zamanı Sakınanın şkafın arxasındakı bölmədə tutulduğu bildirilib.

QAZİLER.AZ