Kirov Hava Limanı təyyarələrin gəlişi və uçuşlarını müvəqqəti olaraq dayandırıb.
.Qaziler.az bildirir ki, bu barədə Rosaviasiya martın 5-də məlumat verib.
"Təyyarələrin gəlişi və yola düşməsinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Bu məhdudiyyətlər uçuş təhlükəsizliyini təmin etmək üçün zəruridir", - agentliyin Telegram kanalı bu barədə açıqlama verib.
Elə həmin gün Penza və Saratov hava limanlarında uçuş məhdudiyyətləri tətbiq edilib, lakin sonra onlar aradan qaldırılıb.
QAZİLER.AZ



