MİT Suriyada İŞİD-ə qarşı əməliyyat keçirir

MİT Suriyada İŞİD-ə qarşı əməliyyat keçirir backend

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) kəşfiyyat işləri nəticəsində Suriyanın paytaxtı Dəməşqdə təxribat hücumları həyata keçirməyə hazırlaşan İŞİD terror təşkilatı ilə əlaqəli bir qrup zərərsizləşdirilib və 3 İŞİD üzvü ələ keçirilib.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Türkiyə təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) kəşfiyyat işi Suriyanın paytaxtı Dəməşqdə İŞİD-in bir qruplaşmasını müəyyən edib.

MİT bu kəşfiyyat məlumatını Suriya Daxili Təhlükəsizlik Xidməti Komandanlığı və Suriya Baş Kəşfiyyat Xidməti ilə paylaşıb.

Hücrə üzvlərini və onların fəaliyyətlərini yaxından izləyən Suriya kəşfiyyatı onların dəqiq yerlərini müəyyən edib.

Hücrəyə basqın edildikdən sonra İŞİD üzvləri Ömər Haşim, Məhəmməd Həmid və Hüseyn Xələf gözaltına alınıb.

QAZİLER.AZ