Rusiya İranın Ali Lideri Ayətullah Əli Xameneini görkəmli dövlət xadimi və Rusiya Federasiyasının mehriban və səmimi dostu kimi xatırlayır.
Qaziler.az bildirir ki, bunu 5 martda Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
"Biz Ayətullah Xameneini ölkəsinin inkişafı və möhkəmləndirilməsi, eləcə də beynəlxalq nüfuzunun artırılması üçün çox iş görən görkəmli din və dövlət xadimi kimi xatırlayırıq", - TASS Rudenkonun sözlərindən sitat gətirir.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini vurğuladı ki, Ayətullah həmişə Rusiyanın səmimi dostu olaraq qalıb və iki ölkə arasında strateji tərəfdaşlığın inkişafına mühüm töhfələr verib.
QAZİLER.AZ



