Prezidentin bu təklifi Ukrayna üçün son dərəcə vacib olan silahlarla bağlıdır.
Ukrayna Yaxın Şərq ölkələrindən "sakitcə" Patriot raketlərini ala və müqabilində özünün tutucu dronlarını tədarük etməyə başlaya bilər.
Qaziler.az-ın RBC-Ukrayna-ya istinadən məlumatına görə, Ukrayna prezidenti Volodimir Zelenski bunu brifinqdə açıqlayıb.
"Biz (Yaxın Şərqdəki - red.) ölkələrdən PAC-3 raketlərini "sakitcə" almaq və onlara tutucu dronlar vermək istərdik", - deyə o qeyd edib.
Zelenski Yaxın Şərq ölkələrinin üç gün ərzində 800 PAC-3 raketi atdığını dəqiqləşdirib. Ukrayna Rusiya ilə bütün müharibəsi ərzində heç vaxt bu qədər raket atmayıb.
QAZİLER.AZ



