İran iki dost ölkəyə məxsus gəminin Hörmüz boğazına girməsinə icazə verib.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin sözçüsü məlumat verib.
"Münaqişənin üçüncü günündə İranın icazəsi və razılığı ilə dost ölkələrinə məxsus iki gəminin keçməsinə icazə verilib", - SEPAH sözçüsü bildirib.
Sözçünün sözlərinə görə, birinci gün İran qüvvələri iki tankeri, ertəsi gün isə ABŞ-nin Hörmüz boğazından keçməyə təşviq etdiyi bir neçə gəmini vurub. İran ordusunun sözçüsü ölkənin qaydalarını pozan gəmilərin vurulduğunu aydınlaşdırıb. Hərbi dəniz qüvvələrinin sözçüsü bildirib ki, müharibənin dördüncü günündən bəri Hörmüz boğazında heç bir hərəkət baş verməyib.
ABŞ və İsrailin 28 fevralda İrana qarşı hava hücumlarına başlamasından sonra Hörmüz boğazından keçid tamamilə dayandırılıb.
QAZİLER.AZ



