İranın ABŞ ilə danışıqlar aparmaq niyyəti yoxdur.
"Report" xəbər verir ki, bunu İran İslam Respublikasının sabiq ali rəhbəri ayətullah Seyid Əli Xameneinin köməkçisi Məhəmməd Muxbir "IRIB News"a müsahibəsində bildirib.
O, İranın "ABŞ-yə etibar etmədiyini" vurğulayaraq hərbi əməliyyatların İraqla səkkiz illik müharibədə olduğu kimi, lazımi qədər davam edə biləcəyini söyləyib.



