Türkiyənin xarici işlər naziri Hakan Fidan, İrandan atılan və sonradan Türkiyə hava məkanına yönəldilən və zərərsizləşdirilən ballistik raketlə bağlı iranlı həmkarı Arakçiyə Türkiyənin xəbərdarlığını çatdırıb.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verib.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, nazir Fidan Türkiyənin İrandan Türkiyə hava məkanına doğru atılan ballistik raketin aşkarlanması və sonradan zərərsizləşdirilməsi ilə bağlı reaksiyasını çatdırıb.
Bölgədəki gərginliyə diqqət çəkən Hakan Fidan, münaqişənin yayılmasına səbəb ola biləcək hər hansı bir addımdan çəkinməyin vacibliyini vurğulayıb.
QAZİLER.AZ



