Avropa enerji təchizatı ilə bağlı müraciət etməyib - Peskov

Avropa enerji təchizatı ilə bağlı müraciət etməyib - Peskov backend

Avropa ölkələri Rusiyaya enerji təchizatı ilə bağlı müraciət etməyiblər.

Qaziler.az bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov martın 4-də məlumat verib.

"Xeyr, belə bir müraciət olmayıb", - deyə o bildirib.

O qeyd edib ki, Rusiya neftinin hələ də öz alıcıları var. Bununla belə, Peskov bildirib ki, Macarıstan və Slovakiya hazırda Kiyevdən şantajla, xüsusən də Drujba boru kəməri vasitəsilə tədarükü bloklamaqla üzləşirlər.

QAZİLER.AZ