ABŞ-ın İrana endirdiyi zərbələr nəticəsində uşaqlar ölür, lakin Qərb insan haqları təşkilatları susur.
Qaziler.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 3 martda bildirib.
"Bütün dünyanın gözü qarşısında 160, hətta daha çox uşaq, kiçik qız qəsdən və hədəf seçimi ilə öldürüldükdə, heç bir qeyri-hökumət Britaniya, Amerika, Fransa və ya Almaniya təşkilatı başsağlığı vermir", - Zaxarova vurğulayıb.
Onun sözlərinə görə, Yaxın Şərqdə baş verənlər Vaşinqton və Təl-Əvivin hərəkətləri səbəbindən süni şəkildə yaradılan "görünməmiş dərəcədə faciəli hekayədir".
"Bu, yalnız onu göstərir ki, 20 ildən çox, bəlkə də hətta 30 il ərzində onların qurduqları, başqalarından tələb etdikləri hər şey — bütün bunlar digər dövlətlərin daxili işlərinə müdaxilə etmək, rejimləri devirmək, bu bəhanə ilə resursları müsadirə etmək, öz nizamlarını qurmaq və yenidən özlərini varlandırmaq məqsədi daşıyır", - deyə o əlavə edib.
QAZİLER.AZ



