İran ABŞ-İsrail əməliyyatı kontekstində Avropa dövlətlərinin müdafiə hərəkətlərini "müharibə aktı" hesab edəcək. Avropaya zərbələr endirilə bilər.
Qaziler.az-ın Euronews-a istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
Rəsmi şəxs Avropanın müdafiə hərəkətlərinin Avropa şəhərlərinə və dövlətlərinə hücumlara səbəb ola biləcəyi ilə hədələyib.
"Bu, müharibə aktı olacaq. İrana qarşı hər hansı bir belə hərəkət təcavüzkarlarla əlbirlik kimi qəbul ediləcək", - deyə o əlavə edib.
O, şikayətləndi ki, həmin dövlətlər "İranı təcavüzkarlara cavab vermək qabiliyyətindən və potensialından məhrum etmək istəyirlər".
QAZİLER.AZ



