Latviya hüquq-mühafizə orqanları basketbolçu Yanis Timmanın keçmiş həyat yoldaşı Anna Sedokovanı idmançının ölümü ilə əlaqədar dindirilməyə çağırıb.
Qaziler.az bildirir ki, bu barədə 2 martda idmançının ailə vəkili Marqarita Qordeyeva məlumat verib.
"Latviya hüquq-mühafizə orqanları Sedokovanı dindirilməyə çağırıb", - Qordeyeva TASS-a bildirib.
Vəkil həmçinin bildirib ki, hüquq-mühafizə orqanları idmançının ölümü ilə bağlı cinayət işi açıb.
QAZİLER.AZ



