Xameneinin həyat yoldaşı öldü

Xameneinin həyat yoldaşı öldü backend

İranın mərhum Ali Rəhbəri Ayətullah Əli Xameneinin  həyat yoldaşı Mənsurə Xocəstə vəfat edib.

Qaziler.az bildirir ki, bu barədə "Sabereen News" agentliyi Telegram kanalında məlumat yayıb.

"İmam Xameneinin həyat yoldaşının şəhadəti", - məlumatda deyilir.

"Al-Alam" TV özünün X sosial media səhifəsində Xameneinin həyat yoldaşının bir neçə gün əvvəl aldığı xəsarətlərdən vəfat etdiyini bildirib.

1 mart bazar günü gecəsi İran rəsmi olaraq Xameneinin ölümünü təsdiqləyib — o, İsrail-ABŞ hərbi əməliyyatının ilk saatlarında həlak olub.

QAZİLER.AZ