Cəbrayılovun cəsədi Çeçenistana aparılacaq

Cəbrayılovun cəsədi Çeçenistana aparılacaq backend

İş adamı Umar Cəbrayılov Çeçenistanda, ata-babasının yaşadığı Novıe Atagi kəndində dəfn olunacaq.

Qaziler.az bildirir ki, Bu barədə RİA Novosti iş adamının ailəsinə yaxın mənbəyə istinadən məlumat verir.

Agentliyin mənbəsinin məlumatına görə, Cəbrayılovun cənazəsi  martın 3-də Qafqaz respublikasına çatdırılacaq.

Daha əvvəl məlum olmuşdu ki, iş adamı son vaxtlar tənha həyat tərzi sürür və sosial tədbirlərə qatılmırmış.

Çeçenistandan olan iş adamı və Federasiya Şurasının keçmiş senatorunun ölümü barədə məlumat 2 martda yayılıb. O, bir qədər əvvəl naməlum şəxs kimi ağır vəziyyətdə oteldən xəstəxanaya yerləşdirilmişdi, lakin həkimlər onu xilas edə bilməyiblər. Hadisə yerində 9 mm-lik "Luger" tapançasının da tapıldığı bildirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisədə heç bir cinayət tərkibi aşkar etməyiblər.

QAZİLER.AZ