Qara dənizdə Rusiya donanması Ukrayna gəmiləri ilə toqquşub

Qara dənizdə Rusiya donanması Ukrayna gəmiləri ilə toqquşub backend

"Rusiya Qara Dəniz Donanması Ukrayna Silahlı Qüvvələrinin üç pilotsuz katerini məhv edib".

Qaziler.az bildirir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynada apardığı müharibədəki vəziyyətlə bağlı gündəlik brifinq zamanı pilotsuz gəmilərlə toqquşma barədə məlumat verib.

Nazirlik əlavə məlumat verməyib.

Müdafiə Nazirliyi həmçinin bildirib ki, son 24 saat ərzində hava hücumundan müdafiə vasitələri 679 sabit qanadlı dron, dörd idarə olunan hava bombası, üç HIMARS çoxmənzilli raket və iki Neptun uzaqmənzilli idarə olunan raketi vurub.

QAZİLER.AZ