AEBA: İranın nüvə obyektlərinin vurulduğuna dair heç bir əlamət yoxdur

AEBA: İranın nüvə obyektlərinin vurulduğuna dair heç bir əlamət yoxdur backend

İranın nüvə obyektlərinin vurulduğuna dair heç bir əlamət yoxdur.

Qaziler.az apa-ya istinadən xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktoru Rafael Qrossi deyib.

O bildirib ki, nüvə obyektlərinin vurulması və ya maddi ziyana məruz qalması ilə bağlı onların əlimizdə heç bir dəlil yoxdur.

Qrossi qeyd edib ki, İranla əlaqə qurmaq səylərimiz davam edir, lakin qarşı tərəfdən indiyədək heç bir cavab ala bilməyiblər.