İrana hücumlar nəticəsində ölənlərin sayı açıqlandı

İrana hücumlar nəticəsində ölənlərin sayı açıqlandı backend

ABŞ və İsrailin İrana hərbi hava hücumları nəticəsində indiyə qədər 24 vilayətdə 201 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sözçüsü Muctaba Xaledi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, hərbi hava hücumları nəticəsində indiyə qədər 74 nəfər yaralanıb.

Xaledi qeyd edib ki, indiyə qədər 220-dən çox əməliyyat qrupu hadisə yerində olub və xilasetmə əməliyyatı həyata keçirib.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.