Qazaxıstan öz vətəndaşlarını İranı tərk etməyə çağırıb

Qazaxıstan öz vətəndaşlarını İranı tərk etməyə çağırıb backend

İran ətrafında gərginliyin davam etməsi fonunda Qazaxıstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına vəziyyət sabitləşənədək İrana səfərlərdən çəkinməyi tövsiyə edib.

APA xəbər verir ki, bu barədə "Tengri News" məlumat yayıb.

Nazirliyin bəyanatında bildirilir ki, hazırda İranda olan Qazaxıstan vətəndaşlarına ölkəni tərk etmək, həmçinin gücləndirilmiş təhlükəsizlik tədbirlərinə əməl etmək, diqqətli və ehtiyatlı olmaq, xəbərləri izləmək və yerli hakimiyyət orqanlarının tövsiyələrinə ciddi riayət etmək məsləhət görülür.

Bundan əlavə, Qazaxıstan XİN vətəndaşları Yaxın Şərq ölkələrinə səfər planlaşdırarkən mümkün kəskin gərginləşmə riskini nəzərə almağa çağırıb.

Eyni zamanda vurğulanıb ki, Qazaxıstanın İrandakı diplomatik nümayəndəlikləri hazırda adi rejimdə fəaliyyət göstərir.