Ufadan olan beş turist qar arabaları ilə Ural dağlarında yoxa çıxıb.
Qaziler.az bildirir ki, bu barədə fevralın 27-də "İzvestiya"ya mənbə bildirib.
Beş turistdən ibarət qrup fevralın 20-də şəxsi avtomobilləri ilə Ufadan yola düşərək Zolotanka kəndinə çatıb və orada qar arabalarına minərək dağlarda gəzintiyə çıxıblar. Səyahətçilər fevralın 24-də geri qayıtmalı idilər, lakin hələlik onlarla əlaqə kəsilib.
Onların tapılması üçün əməliyyat-axtarış tədbirləri keçirilir.
QAZİLER.AZ



