Prezident Volodimir Zelenski Ukraynanın indi ərazilərini geri ala bilməyəcəyini, lakin Rusiyanın da qalib gələ bilməyəcəyini bildirib.
Qaziler.az bildirir ki, bu barədə o, Sky News-a verdiyi müsahibədə deyib.
Söhbət zamanı aparıcı qeyd edib ki, Ağ Evdən tez-tez Ukraynanın müharibədə qalib gələ bilməyəcəyi və ölkənin sülh naminə ərazilərini güzəştə getməli olacağı barədə bəyanatlar eşidilir.
Ukraynanın qalib gələ biləcəyi ehtimalı ilə bağlı sualında, Zelenski izah edib ki, bu mərhələdə çox sayda insanın itirilməsi demək olacaq.
“Bu gün çox çətindir və çoxlu itkilərə — insan həyatına səbəb olacaq. Bu, həqiqətən çətindir. Amma vacib olan odur ki, Rusiya da döyüş meydanında heç nəyə nail ola bilməyəcək, ona görə də onlar qalib gələ bilməyəcək, biz də məğlub olmayacayıq”, - deyə Ukrayna prezidenti bildirib.
QAZİLER.AZ



