Türkiyənin Çorum şəhərində ruhi xəstənin evdə girov saxladığı ana və nənəsi polis tərəfindən xilas edilib.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verir.
Şizofreniya xəstəsi olan M.U.-nun atası ilə mübahisə etdikdən sonra anası G.U.-nu və nənəsi G.Ü.-nü evlərində girov götürdüyü barədə məlumat aldıqdan sonra polis, xilasedici və tibbi qruplar ünvana göndərilib.
Polis onu inandırmağa çalışsa da, M.U. qapını açmaqdan imtina edib, buna görə də xilasetrmə xidməti qapını sındırıb.
Bölmələr M.U.-nu ram etmək üçün bibər qazı istifadə edib və onu nəzarətə götürərək Hitit Universiteti Erol Olçok Təlim və Araşdırma Xəstəxanasına aparıblar.
Bibər qazından təsirlənən ana və nənə də tibbi qruplar tərəfindən eyni xəstəxanaya aparılıblar. Qazdan təsirlənən bir xilasediciyə təcili yardım maşınında müdaxilə edilib.
QAZİLER.AZ



