ABŞ İran ətrafındakı vəziyyəti məsuliyyətsizcəsinə gərginləşdirir.
Qaziler.az xəbər verir ki, bunu fevralın 26-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Tehrana qarşı davamlı təhdidlər və hədə-qorxular görürük. Vaşinqtonun regional gərginliyi məsuliyyətsiz şəkildə artırdığını görürük", - o, brifinq zamanı deyib.
Zaxarovanın sözlərinə görə, buna baxmayaraq, Moskva və Tehran qarşılıqlı faydalı əməkdaşlığı gücləndirməyə davam edəcəklər.
QAZİLER.AZ



