Fevralın 25-də Serbiyanın Novi Sad şəhərinin mərkəzində Ukraynanın Serbiyadakı səfiri Aleksandr Litvinenkoya qarşı təhqiramiz ifadələr yazılmış qraffitilər peyda olub.
Qaziler.az bildirir ki, bu barədə Azadlıq Radiosunun Balkan Xidməti məlumat yayıb.
Qraffiti şəhərdə ukraynalı şair Taras Şevçenkonun abidəsinin təhqir edilməsindən bir gün sonra ortaya çıxdı.
Abidənin əvvəlki təhqirlərinə görə kiminsə məsuliyyətə cəlb edilib-edilmədiyi barədə rəsmi açıqlama verilməyib.
Belqraddakı Ukrayna səfirliyi Ukrayna şairinin abidəsinə dəyən ziyanı utancverici bir hərəkət kimi qınayaraq cavab verdi.
Xatırladaq ki, əvvəllər naməlum şəxslər Polşanın Şetsin şəhərindəki Mərkəzi Qəbiristanlıqdakı Ev Ordusu abidəsini vandalizm yolu ilə dağıdıblar.
QAZİLER.AZ



