Budanov əsas vəzifəsindən danışdı

Budanov əsas vəzifəsindən danışdı backend

Budanov əsas vəzifəsinin effektiv danışıqlar prosesi qurmaq olduğunu söylədi.

Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirill Budanov postundakı əsas vəzifəsini effektiv danışıqlar prosesinin qurulması kimi xarakterizə edib.

Qaziler.az  bildirir ki, o, bu açıqlamanı Livanın "Almodon" nəşrinə verdiyi müsahibədə verib.

O, əminliklə bildirir ki, mövcud vəziyyətin mürəkkəbliyi bizi ikinci dərəcəli siyasi məsələləri kənara qoymağa və müttəfiqlərimizlə birlikdə effektiv danışıqlar platforması yaratmağa yönəltməyə məcbur edir.

"Hazırkı danışıqlar çox mürəkkəb bir prosesdir və onların başa çatması üçün dəqiq son tarixlər müəyyən etmək mümkün deyil. Əlbəttə ki, biz bunu sürətləndirmək üçün əlimizdən gələni edirik", - Budanov deyib.

QAZİLER.AZ