ABŞ Ukraynadakı sülh danışıqları üçün Rusiyaya belə təzyiq edəcək

ABŞ Ukraynadakı sülh danışıqları üçün Rusiyaya belə təzyiq edəcək backend

ABŞ Ukrayna sülh danışıqlarında Rusiyaya qarşı təsir vasitəsi olaraq istifadə etmək məqsədilə Lukoil şirkətinin beynəlxalq aktivlərinin satışını dayandırıb.

Qaziler.azbildirir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Dörd məlumatlı mənbə agentliyə bildirib ki, Lukoil və Rosneft neft şirkətlərinə qarşı sanksiyalar məsələsi Cenevrə, Əbu-Dabi və Mayamidə keçirilən əvvəlki danışıqlar zamanı qaldırılıb.

Onların sözlərinə görə, bu gün, 26 fevralda ABŞ Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) ümumi lisenziyanı yeniləyəcək. Nəticədə, Rusiyanın neft nəhəngi "Lukoil"un aktivləri ilə bağlı potensial müqavilələrin bağlanması üçün son tarix 28 fevral əvəzinə 1 aprelə dəyişdiriləcək.

QAZİLER.AZ