Erməni futbolçu seçim qarşısında qalarsa Rusiyanı deyil, Avropanı seçəcəyini deyib

Erməni futbolçu seçim qarşısında qalarsa Rusiyanı deyil, Avropanı seçəcəyini deyib backend

Belqradın "Crvena zvezda" və Ermənistan milli komandasının müdafiəçisi Nair Tiknizyan gələcək planları barədə danışıb.

Qaziler.az sport.news.am-a istinadən bildirir ki, o, bu komandaya qoşulduğuna görə özünü xoşbəxt hiss etdiyini deyib.

"Belqradın "Crvena zvezda"a komandasına qoşulduğum üçün çox xoşbəxtəm. Bu, futbol baxımından mənim üçün böyük bir təkan oldu. Amma indi, 26 yaşına çatanda ailənin olduğunu və maliyyənin mühüm rol oynadığını başa düşürsən. Və mən gələcək barədə fərziyyələr qurmaq istəmirəm. Amma Rusiyadan yaxşı maliyyə təklifi gələrsə, bunu nəzərdən keçirəcəyəm. İlk növbədə, ailəmin rifahı üçün.

Əgər Rusiyadan yaxşı təklif, Avropadan isə o qədər də yaxşı olmayan təklif gələrsə, əlbəttə ki, Avropanı seçəcəyəm. Orada sınamağım daha yaxşı olar.. Pul gec-tez tükənəcək".", - Tiknizyan FONtour-da bildirib.

QAZİLER.AZ