Ukraynanın Rusiyada zavoda hücumu nəticəsində ölənlərin sayı artdı

Ukraynanın Rusiyada zavoda hücumu nəticəsində ölənlərin sayı artdı backend

Ukrayna Silahlı Qüvvələrinin Smolensk vilayətindəki "Doroqobuj" kimya zavoduna hücumu nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb.

Qaziler.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsi fevralın 25-də məlumat yayıb.

"Partlayıcı qurğuların detonasiyası nəticəsində mülki şəxslər yaralanıb, onlardan yeddi nəfər həlak olub, ən azı 10 nəfər yaralanıb", - idarənin MAX messencerindəki  məlumatında deyilir.

İstintaqın versiyasına görə, Ukrayna Silahlı Qüvvələri zərbə üçün partlayıcı qurğularla təchiz olunmuş ən azı 30 pilotsuz uçuş aparatından (PUA) istifadə edib.

Nəticədə müəssisənin infrastrukturuna, yanğınsöndürmə məntəqəsinin binasına və xüsusi nəqliyyat vasitəsinə ziyan dəyib.

QAZİLER.AZ