Qazaxıstanın Karaqanda vilayətində Su-30 qırıcı təyyarəsi qəzaya uğrayıb.
Qaziler.az bildirir ki, bu barədə respublikanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təyyarənin ekipajı vaxtında katapult edib və onların həyatına heç bir təhlükə yoxdur.
Polis qəzanın baş verdiyi ərazini nəzarətə götürüb, yerli əhali ilə infrastruktur obyektlərinə heç bir təhlükə yoxdur.
Qazaxıstan Müdafiə Nazirliyinin komissiyası qəzanın səbəblərini araşdırır.



