Gazeta Wyborcza: Polşa Prezidentinin ofisindən 140 min dollardan çox oğurlanıb
Naməlum şəxslər Polşa prezidenti Karol Navrotskinin ofisinin kassasından 500.000 zlotidən (təxminən 141.000 dollar) çox pul oğurlayıblar.
Qaziler.az bildirir ki, bu barədə "Gazeta Wyborcza" məlumat yayıb.
"İş üzrə ilk şahidlər artıq dindirilib. Zərərin tam məbləği və zərərçəkənlərin sayı müəyyən edilir", - Nəşr Varşava Regional Prokurorluğunun mətbuat katibi Antoni Skibadan sitat gətirir.
Məqalə müəllifləri istintaq sirrini əsas gətirərək cinayətin təfərrüatları və ya halları barədə heç bir məlumat verməyiblər. Lakin onların məlumatına görə, oğurluqda prezident dəftərxanasının bir neçə əməkdaşı iştirak edə bilər.
QAZİLER.AZ



