Martın 1-dən etibarən Rusiyanın Altay Respublikasında spirtli içkilərin satışına əlavə məhdudiyyətlər tətbiq olunacaq.
Qaziler.az bildirir ki, regional hökumətin mətbuat katibi Mixail Maksimov bunu fevralın 25-də açıqlayıb.
"Altay Respublikasında spirtli içkilərin satışına əlavə məhdudiyyətlər tətbiq olunur. Nə dəyişir? Çoxmənzilli binalarda yerləşən mağazalarda spirtli içkilərin satışı qadağandır", - deyə o, RİA Novosti agentliyinə bildirib.
Alkoqollu içkilər bazar günləri və 14 bayram günlərində, eləcə də Yeni il, Milad, Qələbə günü, Uşaqların müdafiəsi günü, Bilik günü və digər sosial əhəmiyyətli tarixlərdə də qadağan olunacaq.
Bundan əlavə, icazə verilən satış saatları azaldılır: Bazar ertəsi - Cümə axşamı saat 11:00-dan 19:00-dək, Cümə saat 11:00-dan 16:00-dək və Şənbə günü saat 11:00-dan 14:00-dək.
Maksimov aydınlaşdırdı ki, məhdudiyyətlər restoran, kafe və barlara şamil edilməyəcək.
QAZİLER.AZ



