İki Novosibirsk sakini naməlum şəxslər tərəfindən səbəbsiz yerə hücuma məruz qalıb və vəhşicəsinə döyülüblər.
Qaziler.az bildirir ki, bu barədə lenta.ru məlumat yayıb.
Dörd naməlum şəxs heç bir səbəb olmadan iki Novosibirsk sakininə hücum edərək vəhşicəsinə döyüblər. Hadisə videoya çəkilib və Ngs.ru tərəfindən dərc edilib.
Görüntülərdə sakinlərin təqibçilərdən qaçmağa çalışdıqları görünür. Onlar tutulur, yerə yıxılır və təpiklənir. Daha sonra hücum edən dörd nəfər qaçır.
Zərərçəkənlər hələlik polisə müraciət etmədiklərini qeyd ediblər. Lakin Rusiya Daxili İşlər Nazirliyinin Novosibirsk Departamenti bu məlumatın qeydə alındığını dəqiqləşdirib. Hadisə ilə bağlı araşdırma başlanıb.
QAZİLER.AZ



