Tbilisidəki televiziya qülləsi sarı və mavi rənglərlə işıqlandırılıb

Tbilisidəki televiziya qülləsi sarı və mavi rənglərlə işıqlandırılıb backend

Ukrayna ilə həmrəylik əlaməti olaraq, Gürcüstanın paytaxtı Tbilisidəki televiziya qülləsi sarı və mavi rənglərlə işıqlandırılıb və paytaxtda yürüşlər keçirilir.

Qaziler.az bildirir ki, bu barədə "qruziya onlayn" yazıb.

"Düz dörd il əvvəl Ukraynaya qarşı Rusiyanın tammiqyaslı işğalı başladı və bu, bu günə qədər davam edir. Yüzlərlə uşaq da daxil olmaqla on minlərlə insan həlak olub. Şəhərlər və kəndlər dağıdılıb. İllər ərzində bir çox Rusiya və Ukrayna vətəndaşı öz ölkələrindən Gürcüstana köç edib. Bəziləri xarici işğaldan və bombalardan, bəziləri isə hakimiyyətin siyasəti ilə razılaşmadığı üçün ölkədən  qaçıb", - nəşr yazır.

QAZİLER.AZ