Tbilisidə Gürcüstan - Ukrayna dostluq yürüşü keçiriləcək

Tbilisidə Gürcüstan - Ukrayna dostluq yürüşü keçiriləcək backend

Yürüş iştirakçıları saat 18:00-da Tbilisidəki Ukrayna səfirliyinin qarşısında toplaşacaqlar. 

Qaziler.az bildirir ki, bu barədə "qruziya onlayn" məlumat yayıb.

Səfirlikdə toplandıqdan sonra nümayişçilər tezliklə parlamentə doğru yürüş edəcəklər. Aksiya səbəbindən yol hərəkəti məhdudlaşdırıla bilər.

"Biz, gürcü xalqı, bir daha Ukrayna və Ukrayna xalqı ilə çiyin çiyinəyik!
Biz dəstəyin və dostluğun mənasını bilirik! Biz Ukrayna xalqının cəsarətini və bütün dünyada sülh naminə verilən qurbanları xatırlayırıq və həmişə xatırlayacağıq. Ukrayna xalqı qarşısında baş əyirik və bu gün həlak olanların hamısını, itirilən hər nəfəsi, səsi və həyatı xatırlayırıq", - elanda deyilir.

QAZİLER.AZ