Rusiya Prezidenti Vladimir Putin Qara dənizdə "Türk axını" və "Mavi axın" qaz kəmərlərinin partladılması cəhdi barədə məlumatın olduğunu bildirib.
"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, o, bunu Federal Təhlükəsizlik Xidmətinin kollegiya iclasında bəyan edib.
"Söhbət Qara dənizin dibindən keçən qaz sistemlərimizin partladılması mümkünlüyündən gedir – bunlar "Türk axını" və "Mavi axın" kəmərləridir. Heç cür sakitləşə bilmirlər", - o qeyd edib.



