Ürək çatışmazlığından əziyyət çəkən 35 yaşlı Gökhan Sarıca uyğun donor tapılana qədər süni ürək dəstəkləyici cihazla təchiz edilib.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verir.
İstanbulda yaşayan Sarıca təxminən 1,5 il əvvəl pnevmoniya keçirib və bundan sonra qanında infeksiya səviyyəsi 240-a yüksəlib.
İnfeksiya azalmadığı üçün Sarıcanın vəziyyəti pisləşib və müxtəlif xəstəxanalarda aparılan əlavə müayinələr ürək çatışmazlığı diaqnozu qoyulub.
Dərman qəbul etməsinə baxmayaraq, Sarıcanın vəziyyəti gündən-günə pisləşib və simptomları artıb.
Ürək nəqli gözləyən xəstələr arasında olan Sarıcaya uyğun donor tapılana qədər sağ qalması və zəifləmiş ürəyinin bütün funksiyalarını yerinə yetirməsi üçün süni ürək dəstək cihazı quraşdırılıb.
Süni ürəyin köməyi ilə gündəlik həyatına davam etmək istəyən Sarıca, bağışlama yolu ilə ona çatacaq ürəyi gözləyir.
QAZİLER.AZ



