Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.
Modern.az-ın əldə etdiyi məlumata görə, Rusiya ordusunda xidmət edən 1987-ci il təvəllüdlü Seyidov Teymur Hilal oğlu Donetsk vilayəti istiqamətində gedən döyüşlərdə həyatını itirib.
Uzun illər Smolensk vilayətində yaşamış mərhumun əslən Hacıqabul rayonundan olduğu bildirilir.
Xatırladaq ki, 2026-cı ildə Rusiya-Ukrayna cəbhəsində azı 30 həmyerlimiz həyatını itirib.



