Gürcüstan AŞPA-dakı fəaliyyətinin bərpası üçün şərtini açıqlayıb

Gürcüstan AŞPA-dakı fəaliyyətinin bərpası üçün şərtini açıqlayıb backend

Gürcüstan Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) iştirakını bərpa etməyə hazırdır.

APA xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze Vyanada AŞPA-nın prezidenti Petra Bayrla keçirdiyi görüşdə bildirib.

O qeyd edib ki, Gürcüstanın AŞPA-ya qayıtması üçün yalnız bir şərti var ki, bu da nümayəndə heyətinin bütün üzvlərinin mandatlarının heç bir ilkin şərt olmadan tam bərpasından ibarətdir.

Qeyd edək ki, Gürcüstan nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini 2025-ci ilin yanvarın 29-dan etibarən dayandırıb.

Həmin gün qurum nümayəndə heyəti üzvlərinin səlahiyyətlərinin tam tanınması üçün Gürcüstanda yeni seçkilərin təyin olunması və "bütün siyasi məhbusların" azadlığa buraxılması kimi bir sıra şərtlər irəli sürmüşdü.