Turistlərin cəsədlərinin olduğu mikroavtobus Baykal gölündə, buzun altında tapıldı

 Turistlərin cəsədlərinin olduğu mikroavtobus Baykal gölündə, buzun altında tapıldı backend

Rusiyada, Xoboy burnu yaxınlığındakı faciənin baş verdiyi yerdə içərisində insanların olduğu bir UAZ aşkar edildi; qurbanların cəsədləri sualtı kameralar vasitəsilə görünüb.

Bu barədə İrkutsk vilayətinin qubernatoru İqor Kobzev fevralın 20-də bildirib.

"Hazırda beş nəfərin kimliyi müəyyən edilib: sürücü, 44 yaşlı yerli sakin və dörd turist (biri sağ qalıb): məlumatları otel bazasında saxlanılan Çindən olan bir ailə: evli cütlük, onların 14 yaşlı uşağı və başqa bir qadın qohumu. Onların hamısı müstəqil turist kimi gəliblər", - deyə o, Telegram-da yazıb.

QAZİLER.AZ