Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti dövlət müqavilələri çərçivəsində ordu və polisi təhlükəli konservləşdirilmiş balıqla təmin edən bir şirkətin rəhbərini həbs edib.
Qaziler.az bildirir ki, bu barədə "qruziya onlayn"a istinadən xəbər verir.
"Batono MMC-nin rəhbəri həyat və sağlamlıq üçün təhlükə yaradan saxta məhsulların istehsalı və yayılması ittihamı ilə həbs edilib", - nazirliyin mətbuat xidməti bildirib.
İstintaq müəyyən edib ki, 2025-ci ildə təqsirləndirilən şəxs dövlət tenderini qazanıb və dövlət qurumlarına 380.792 lari dəyərində təxminən 24,1 ton konservləşdirilmiş balıq tədarük edib.
Xüsusilə, məhsullar Gürcüstan Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin əməkdaşlarının qidalanması üçün nəzərdə tutulub.
QAZİLER.AZ



