Putinin Çinə səfərinin vaxtı ilə bağlı hələlik razılıq əldə olunmayıb - Peskov

Putinin Çinə səfərinin vaxtı ilə bağlı hələlik razılıq əldə olunmayıb - Peskov backend

Rusiya prezidenti Vladimir Putinin Çinə səfərinin konkret tarixləri hələlik dəqiqləşdirilməyib.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

RİA Novosti-nin məlumatına görə, o əlavə edib ki, Kreml bütün razılaşmalar yekunlaşdırıldıqdan sonra tarixləri daha sonra açıqlayacaq.

"Tarix razılaşdırıldıqda məlumat veriləcək. Səfərin bu il baş tutacağı məlumdur", - Peskov deyib.

QAZİLER.AZ